Accessibility links

İsrail Fələstinlə sülh danışıqlarında təktərəfli plan irəli sürüb - 2004-03-31


Fələstinin baş naziri Əhməd Qureiya İsrail ordusunun Qəzza bölgəsindən və İordan çayının Qərb sahilindən çıxarılmasının mümkünlüyünü çox ehtiyatla alqışlayıb. Əhməd Qureiyanın işlətdiyi sözlər seçilmiş və şərti olsa da bu, İsrail qüvvələrinin geri çəkilməsi planına birbaşa münasibətdir. Cənab Qureiya İordan çayının Qərb sahilindəki Ramallah şəhərində Fələstin qanunvericiləri ilə söhbətində İsrail ordusunun bu ərazilərdən çıxarılmasını alqışlamış və bunun Fələstinin səlahiyyətli nümayəndələri ilə koordinasiya və sərhəd sülh müzakirələri çərçivəsində həyata keçirilməli olduğunu demişdir. İsrailin baş naziri Ariel Şaron bu təktərəfli planı fələstinlilərlə sülh danışıqlarının heç bir yerə çatmadığına görə vacibliyini qeyd edib. Ariyel Şaronun planı İsrail qüvvələrinin Qəzza bölgəsinin bütün olmasa da əksər hissəsindən çıxarılması və İordan çayının qərb sahilindəki yahudi yaşayış məntəqələrinin inşasının dayandırılmasını irəli sürür. Fələstinlilər isə bu təktərəli planın Şərqi Qüdsün paytaxt olması şərti ilə Qəzza zolağı, İordan çayının qərb sahilində Fələstin dövlətinin yaraddılmasına mane olacağından ehtiyat edir. Fələstinin baş naziri demişdir ki, əgər İsrail bu planı həyata keçirmək istəyirsə, bu halda Qəzzanın bütün bölgələrindən geri çəkilməli, sərhəd bölgələr, hava və su limanlarının nəzarətindən əl çəkməlidir. O, həmçinin əlavə etmişdir ki, Qəzzadan çıxarılan sakinlər İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinə yerləşdirilməməlidir. Cənab Qureiya İsrail qüvvələrinin geri çəkilməsini sülh müzakirələrinə doğru addım adlandırmışdır. Fələstinin baş naziri bundan əlavə İsrailin mülki vətəndaşlarına qarşı kamikadze hücumlaının dayandırılmasına da çağırmışdır. O demişdir ki, bu kimi hücumlar nifrətə zəmin, sülhə maneədir.

XS
SM
MD
LG