Accessibility links

Əfqanıstan prezidenti beynəlxalq ictimaiyyətə müraciət edib - 2004-03-31


Əfqanıstanın prezidenti Həmid Karzayi beynəlxalq ictimayyəti ölkəsinin qanunsuz narkotiklər və terrorçular üçün sığınacaq yerinə çevirilməsinə imkan verməməyə çağırıb. Cənab Karzayi bu çağırışı bu gün Berlində Əfqanıstanla bağlı beynəlxalq donorların iki günlük konfransının açılışında edib. O bildirirb ki, Əfqanıstan narkotiklər problemindən ciddi əziyyət çəkir. Karzayi qeyd edib ki, problem o qədər böyükdür ki, Əfqanıstan onunla tək bacara bilməz. Beynəlxalq konfransın işində 60-dan çox ölkənin və təşkilatın nümayəndələri iştirak edirlər.

XS
SM
MD
LG