Accessibility links

İspaniya yeni hücumlar təhlükəsi qarşısındadır - 2004-04-03


İspaniya rəsmilərinin bildirdiyinə görə cümə günü dəmir yolunda tapılan bomba, keçən ay Madrid şəhərində qatarda 191 nəfərin ölümü ilə nəticələnən bomba ilə eynidir. Bu gün müxbirlərlə görüşündə İspaniyanın daxili işlər naziri Engel Asebes bidirib ki, bombanın dəmir yoluna kimlər tərəfindən yerləşdirilməsi barədə təhqiqatlar aparılır. İspaniya dünən dəmiryol şəbəkəsinin mühafizəsi üçün yeni tədbirlər həyata keçirildiyini elan edib. Madriddə baş verən hücum ƏL Qaidə İslamçı ekstremist qrupu ilə əlaqələndirilir. Bu gün bir neçə İspan qəzetinin yazdığına görə Qahirədəki İspan səfirliyi şimali Afrika və Aralıq dənizi sahillərindəki İspaniya obyektlərinə qarşı hücumların keciriləcəyi barədə hədələyici məktub alıb.

XS
SM
MD
LG