Accessibility links

Hücumlar əsasən yahudilərin bayramları zamanı baş verir - 2004-04-03


İordan Çayının Qərb sahilindəki yahudi yaşayış məntəqəsində yaraqlı fələstinli yaşayış binasına yaxınlaşaraq qapıya və pancərəyə atəş açaraq yeniyetmə qızı yaralamış və qızın köməyə gələn atasına atəş açaraq qətlə yetirmişdir. Həmin şəxs İsrail silahlı qüvvələri tərəfindən qətlə yetirilmişdir. Həmin ərazidə İsrail ordusu tərəfindən aparılan axtarış əməliyyatları zamanı 20 nəfərin həbs edildiyi bildirilir. Fələstinlilər yəhudi yaşayış məntəqələrinə çox zaman yahudinin evdə olduğu Şabbat vaxdı hücumlar edirlər. İsrail ordusunun bu gün verdiyi xəbərdə deyilir ki, 2002-ci İlin sentyabrından başlayaraq yahudilərin Şabat və başqa bayramlarında 25 yahudi yaşayış məntəqəsinə hücumlar olub. Bunun nəticəsində 41 israilli qətlə yetirilmiş, 60-dan çoxu isə yaralanmışdır. Bununla belə, bu gün İsrail əsgərləri tərəfindən İordan çayının Qərb sahilindəki Nablus şəhərində keçirilən reyd zamanı axtarışda olan 23 fələstinli həbs edilmişdir. Cümə günü isə İordan çayının Qərb sahilinin və Qəzza bölgəsinin müxtəlif yerlərində 4 fələstinlinin qətlə yetirildiyi bildirilir.

XS
SM
MD
LG