Accessibility links

Kolin Pauell İraqla bağlı dəlilin yanlışlığını etiraf etdi - 2004-04-03


Amerika Birləşmiş Ştatları Dövlət Katibi Kolin Pauell İraqda mobil bioloji-silah laborotoriyaları haqda özünün BMT-yə təqdim etdiyi dəlilin səhv ola biləcəyini etiraf etmişdir. Cümə günü jurnalistlərlə söhbətində, cənab Pauell deyib ki, indi ortaya çıxan məlumata görə mobil laborotoriyalar haqdakı dəlil etıbarlı deyildi. Cənab Pauellin mobil silah laborotoriyaları barədə qaldırdığı iddia keçən il İraq lideri Səddam Hüseyni hərbi yolla devirmək üçün dəstək alması məqsədi ilə BMT Təhlükəsizlik Şurasına verdiyi təqdimatın tərkib hissəsi idi.

XS
SM
MD
LG