Accessibility links

Nəcəfdə 19 adam öldürülüb - 2004-04-04


İraqın Nəcəf şəhərində koalisiya qüvvələrilə nümayişçilər arasındakı atışmalarda 19 nəfər həlak olmuş, 100-dən çox adam yaralanmışdır. Koalisiyanın rəsmiləri deyirlər ki, Nəcəf şəhərindəki koalisiya qüvvələrinin qarnizonuna daxil olmaşa cəhd edən radikal şiə ruhanisi Müqdət Sədrin tərəfdarları ispan əsgərlərini atəşə tutmuşlar. İspaniyanın Müdafiə Nazirliyi nümayişçilərin atəşi nəticəsində koalisiya qüvvələrində xidmət göstərən 4 salvadorlu əsgərin həlak olduğunu bildirib. Birləşmiş Ştatların İraqdakı administratoru Paul Bremer bu iğtişaşları qınayaraq demişdir ki, iraqlılar söz azadlığı hüququna malikdirlər.

XS
SM
MD
LG