Accessibility links

Tayvanın Daxili İşlər Naziri istefa verib - 2004-04-04


Tayvanın Daxili İşlər Naziri Prezident Chen Şuy Bianın müəmmalı şəkildə güllə ilə vurulması üzündən istefa verib. O, bu addımı Cənab Çenin keçən aykı seçkilərdə qələbəsinə qarşı yeni protestlərin meydana çıxdığı vaxtda atmışdır. Rəsmilər bu gün bəyan ediblər ki, hökumət işçilərinin problemlər üçün məsuliyyət daşıması ənənəsinə sadiq qalaraq Daxili İşlər Naziri Yu Cheng-hsien tutduğu vəzifədən kənara çəkilir. Tayvan polisi deyir ki, Prezident Cheni və vitse prezidenti yaralayan insidentlə bağlı şübhəli şəxslər müəyyənləşdirilməyib. Bu gün erkən, asayiş polisi Taypeydəki prezident idarəsinin qarşısında yiğılışmış yüzlərlə protestçiləri dağılışmağa məcbur edib. Müxalifət qrupları terror cəhdi ilə xarakterizə olunan insidentlə bağlı müstəqil araşdırmanın aparılmasını və səslərin yenidən sayılmasını tələb edirlər.

XS
SM
MD
LG