Accessibility links

Pərviz Müşərrəf: Pakistanın qeyri-hərbi mənbələrə böyük ehtiyacı var - 2004-04-07


Pakistan prezidenti Pərviz Müşərrəf Əfqanıstanla sərhəd bölgələrdə Əl-Qaidəyə qarşı aparılan əməliyyatlarda hökumətin qeyri-hərbi mənbələrə daha artıq ehtiyacı olduğunu bəyan edib. Avstraliya televiziyasında yayımlanan müsahibəsi zamanı general Müşərrəf Pakistanın mübarizə aparmaq üçün kifayət qədər əsgəri olduğunu bildirib. Bununla yanaşı, o qeyd edib ki, yaraqlılara yardım edən tayfaların yaşadığı ərazilərdə bərpa işləri və digər layihələr üçün kifayət qədər mənbə yoxdur. General Müşərrəf deyib ki, bu kəndlərdə həyat şəraitinin ekstremist elementlərə müqavimət göstərə biləcək bir səviyyəyə çatdırılması məqsədilə Pakistana inkişaf layihələri üçün minimal yardım ayrılır.

XS
SM
MD
LG