Accessibility links

İraqda vəziyyət gərgin olaraq qalır - 2004-04-08


Beşici gündür ki, koalisiya qüvvələri İraqın ayrı ayrı bölgələrində sunni və şiə usyançılarına qarşı döyüşlər aparırlar. Əsasən sunnilərin yaşadığı Fəllücə şəhərində ağır döyüşlərin getdiyi xəbər verilir. Şəhər xəstəxanasından verilən məlumata görə iraqlılar arasında ondan çox ölən və yaralanan var. Lakin itkilər barədə verilən rəqəmlər hələlik müstəqil mənbələr tərəfindən təsdiq edilməyib. Cənubdakı müqəddəs Kərbala şəhərində isə Polşa və Bolqarıstan qüvvələri şiələrin əl-Mehdi ordusunun üzvləri ilə dyüşürlər. Birləşmiş Ştatlar ordusunun rəsmi nümayəndəsi bildirirb ki, silahlı şiə dəstələri Küt və Nəcəf şəhərlərinin bir hissəsini nəzarət altına ala biliblər.

Bu arada isə İraqda usyançılar 3 yaponiya vətəndaşını və iki İsrail ərəbini oğurlayıblar. Özlərini Mücəhaddin Briqadasə arıadlandıran qrup yaponlarə İraqın Cənubunda ələ keçiriblər. Onlar Yaponiya İraqdan əsgərlərini 3 günə çıxarmadığı təqdirdə girovları diri diri yandırmaqla hədələyirlər. Tokyodakı rəsmi şəxslər bildirirblər ki, girovlardan biri qadın jurnalist, biri humanitar yardım işçisi, digəri isə sülh fəalıdır. Yaponiya İraqın yenidənqurulması üçün bu ölkəyə 500 əsgərini göndərib.

XS
SM
MD
LG