Accessibility links

Yapon hərbi qüvvələri İraqdan çıxarılacaqmı? - 2004-04-10


Birləşmiş Ştatların vitse prezidenti Dik Çeyninin üç Asiya ölkəsinə səfərinin ilk dayanacağı Yaponyadır. Vitse prezident Dik Çeyninin Yaponyaya səfəri İraqda üç yapon mülki vətəndaşın girov götürüldüyü vaxta təsadüf edir. Tokiodan verilən xəbərə görə baş nazir Junuçiro Koizumi başda olmaqla Yaponyanın bütün rəsmiləri qətiyyətlə bildiriblər ki, terroristlərin tələblərinə tabe olmayacaqlar. Lakin Mücahidlər Briqadasının göndərdiyi tələbdə deyilir ki, əgər Yaponya öz ordusunu çıxarmaq tələbini tezliklə yerinə yetirməsə, girov götürülənlər qətlə yetiriləcək. Alınan rəsmi xəbərlərdə girovların bazar günü, Yapon vaxtı ilə axşam qətlə yetiriləcəyi bildirilir. Hələ Yapon ordusu İraqa göndərilməzdən əvvəl bu məsələ barədə fikir ayrılıqları var idi. Hal-hazırda Yapon əsgərlərinin oradan çıxarılması ilə bağlı baş nazirə təzyiqlər artır. Yaponiyanın bəzi muxalifət güvvələri və fəallar, əgər tezliklə girovda olanlar azad edilməsə və ordu İraqdan çıxarılmasa cənab Koizuminin istefasını tələb edirlər. Cənab Çeyninin Yaponiyaya səfərinin məqsədi üç yaponyalının girov götürülməsinə baxmayaraq, Yapon əsgərlərini İraqda saxlamaq, Birləşmiş Ştatalar və Yapon əlaqələrini müzakirə etməkdir.

XS
SM
MD
LG