Accessibility links

Çeçenistanda mülki vətəndaşlar qətlə yetirilir - 2004-04-10


Çeçenistanın cənubundakı Seryenyurt kəndinin yaxınlığında avtomatla qətlə yetirilən 9 kişinin cəsədi tapılıb. Onların martın 27-də girov götürüldüyü bildirilir. Yerli idarənin rəsmiləri bildirlər ki, qətlə yetirilən 9 nəfər paytaxt Qroznının ətrafındakı Stariye Ataci kəndinin sakinləridir. Rəsmi şəxslər onların kim tərəfindən girov götürdüklərinə əmin deyillər. Keçən cümə axşamı 4 insan hüquqları qrupu mülki vətəndaşlara atəş açılması barədə bəyanat nəşr etmişdi. Bəyanatda bildirirlər ki, mülki vətəndaşların qətlində həm Rusiyan əsgərləri, həm Moskva tərəfdarı-Çeçen hökuməti, həm də çeçen üsyançıları məsuliyyət daşıyırlar.

XS
SM
MD
LG