Accessibility links

Bağdad yaxınlığında daha bir amerikalı girov götürülüb - 2004-04-10


İraqda yaraqlılar Bağdad yaxınlığında daha bir nəfəri, ehtimala görə amerikalı mülki şəxsi girov götürürblər. Amerikalının girov götürülməsini filmə alan Avstraliya televiziyasının müxbiri bildirirb ki, həmin şəxs qolundan yaralanmışdı. Girov götürülən şəxs televiziya müxbirinə deyib ki, o cümə günü hücuma məruz qalmış konvoyda olub. Bu arada isə İraqda girov düşən yaponiya vətəndaşlarının xilası üçün cəhdləri əlaqələndirmək üçün yaponiyalı diplomat İordaniyanın paytaxtı Əmmana gəlib. Silahlı şəxlsər Yaponiyanı qüvvələrini İraqdan üç gün ərzində geri çəkmədiyi təqdirdə girovları qətlə yetirməklə hədələyirlər.

XS
SM
MD
LG