Accessibility links

Prezident Buş  İraqda həlak olan əsgərlərin ailələrilə görüşdü - 2004-04-11


Prezident Buş İraqda siyasi və hərbi vəziyyətlə əlaqədar narahatlıqların artdığı zaman Pasxa bayramını İraqda həlak olmuş Amerika əsgərlərinin ailələrilə keçirir. Cənab Buş Texasdakı Fort Hood hərbi bazasında dini mərasimdə iştirak etdikdən sonra İraqda yaralanmış ABŞ əsglərlərilə görüşüb. Prezidentin bu görüşləri Amerikada keçirilmiş son rəy sorğularının onun İraq məsələsini həll etməsindən razı olanların 44 faizə endiyini göstərən bir vaxta təsadüf edir. Şənbə günü prezident Buş ABŞ-ın İraqdakı missiyasının düz yolda olduğunu bəyan etmişdi. Corc Buş İraqda siyasi hakimiyyətin iraqlıların özünə keçidi üçün qoyulmuş 30 iyun tarixinin təxirə salınması çağırışlarını diqqətsiz qoymuşdur.

XS
SM
MD
LG