Accessibility links

İsrail Şaron-Buş görüşündən əvvəl Vaşinqtona xüsusi nümayəndə göndərib - 2004-04-11


İsrail baş nazir Ariyel Şaron və prezident Buş arasında görüşün son detallarını müzakirə etmək üçün Vaşinqtona iki yüksək səviyyəli nüayəndəsini göndərib. Cənab Şaron Qəzza zolağındakı İsrail məskunlarının çıxarılması və İordan çayının qərb sahilindəki dörd yaşayış məntəqəsindən məskunların çıxarılması planına dəstək məqsədilə ABŞ-ın yazılı şəkildə razılığını istəyir. Onun planın əsas müddəalarından ibarət məktubu çərşənbə günü cənab Buşa Ağ Evdə görüş zamanı təqdim edəcəyi gözlənilir. Birləşmiş Ştatların problemi anladığına dair məktubunu əldə etdikdən sonra cənab Şaron hakim Likud partiyasında planını səsə qoymağı planlaşdırır. Plan partiya tərəfindən təsdiq edilsə, bundan sonra Ariyel Şaronun kabinetində və partlamentdə ayrı-ayrı səsverməyə qoyulmalıdır.

XS
SM
MD
LG