Accessibility links

Dağıstanda girov götürülmüş hollandiyalı yardım işçisi azad edilib - 2004-04-11


Rusiya rəsmiləri təxminən iki il bundan əvvəl Çeçenistanla sərhəddə oğurlanmış Hollandiya yardım işçisinin azad edildiyini və Mokavaya yola salındığını bildiriblər. Sərhədsiz Həkimlər beynəlxalq təşkilatın Dağıstandakı missiyasına rəhbərlik edən Aryan Erkel bu gün xüsusi təyinatlı polis və Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilmiş əməliyyat zamanı azad edilib. Təşkilatın mətbuat katib Aryan Erkelin hazırda Hollandiyanın Rusiyadakı səfirliyində olduğunu bildirib və əlavə edib ki, onun səhhətilə bağlı açılamalar vermək hələ tezdir. Onun elə bu gün vətənə yola salınacağı xəbər verilir.

XS
SM
MD
LG