Accessibility links

İraqda gərginlik nisbətən azalıb - 2004-04-12


İraqın qaynar şəhəri olan Fallucada dünən Birləşmiş Ştatların hərbi qüvvələri ilə sünni yaraqlılar arasında kövrək atəşkəs razılığı əldə olunduqdan sonra, şəhərdə vəziyyətin qismən sakit olduğu bildirilir. İraqın idarə etmə şurasının üzvləri və sünni vasitəçilər bu gün keçirdikləri müzakirələrində atəşkəs razılığını möhkəmləndirməyə çalışıblar. Buna baxmayaraq Fallucada partlayış və atəş səsləri eşidilməkdədir. Şəhərdə ABŞ hərbi qüvvələrilə yaraqlılar arasındakı döyüşlər təxminən bir həftə davam edib. Birləşmiş Ştatlar hərbi qüvvələrinin nümayəndəsi Brigada generalı Mark Kimmitt bu gün Bağdadda müxbirlərə deyib ki, aprelin birindən bu günə qədər koalisiyanın 70 əsgəri həlak olub. Bu saydan on dəfə çox düşmən yaraqlısı məhv edilib. O, bildirib ki, Fallucada mülki vətəndaşların həlak olması barədə etibarlı məlumat yoxdur. Fallucanın tibbi işçiləri çoxu qadın və uşaq olmaqla 600-dən çox adamın öldüyünü və 1200 nəfərin yaralğandığını bildiriblər. Birləşmiş Ştatların hərbi dəniz piyada qüvvələrinin nümayəndəsi leytenant polkovnik Brennan Bryne bu məlumatı təkzib edərək bildirib ki, dəlillərə əsasən yalnız yaraqlıların hədəfləri atəşə tutulub, və ölənlər yaraqlılardır. Bu gün Amerika təyyarələri müqəddəs Kəlbəla şəhərinə koalisiya qüvvələrinə qarşı hücum etməməyə çağıran vərəqələr atmışlar. Koalisiya hərbi qüvvələrinin rəsmləri və radikal şiə ruhanisi Müqtəda Sədrə sadiq yaraqlılar bir neçə gün davam edən vuruşmalardan sonra Nəcəf və digər şiə şəhərlərində vəziyyəti sakitləşdirmək üçün yollar axtarırlar. Dünən 100 minlərlə şiə İmam Hüseynin 40-nı qeyd etdikdən sonra, şiə şəhərlərində vəziyyətin sakit olduğu bildirilir.

XS
SM
MD
LG