Accessibility links

İraqda ABŞ vertolyotu vurulub - 2004-04-13


Bağdadın qərbində Birləşmiş Ştatların hərbi helikopteri qəzaya uğrayıb. ABŞ hərbiçiləri bildirirlər ki, helikopterdə olanlar xəsarət almayıb. Lakin qəzadan sonra ərazini mühafizə etməyə çalışan əsgərlər pusquya düşərək itkilər veriblər. Helikopter qaynar Fəllücə şəhərindən 20 kilometr aralıda yerə düşüb. Şahidlər helikopterə yerdən atəş açıldığını bildirirlər. Lakin Amerika hərbiçiəri bu xəbərləri təsdiq etməyib. Bu arada isə ABŞ qüvvələri radikal şiə ruhanisi Moqtəda Əl-Sədrin köməkçisini azad ediblər. Haşem Əl-Arajı sorğu-sual üçün bu gün nəzarət altına alınmışdır.

XS
SM
MD
LG