Accessibility links

Dik Çeyni Çin liderlərini Şimali Koreyaya qarşı ciddi tədbirlər görməyə çağırıb - 2004-04-14


ABŞ-ın vitse-prezidenti Dik Çeyni Pekində Çinin liderlərini Şimali Koreyanın nüvə programını məhv etmək üçün ciddi tədbirlər görməyə çağırıb. Cənab Çeyni bu çağırışı Pekindən Şanxaya gedən vaxt edib. Cənab Çeyni Çinin liderləri ilə Şimali Koreyanın nüvə proqramı haqdakı yeni məlumatları müzakirə edib. Nyu York Tayms qəzetinin yazdığına görə bu müzakirələr Pakistanın nüvə üzrə tanınmış aliminin beş il əvvəl Şimali Koreyaya etdiyi səfəri zamanı nüvə başlığıları gördüyünü bildirməsi məsələsi üzərində cəmləşmişdi. Çin indiyə qədər iki dəfə Şimali Koreyanın nüvə programı haqqındakı çoxmərəfli danışıqlara ev sahibliyi edib. Pekin Şimali Koreyanın yaxın müttəfiqidir. Lakin şərhçilər deyirlər ki, Çinin Şimali Koreyaya aid rolu məhduddur. Pekinin Remin universitetinin professoru Cin Çanrong deyib ki, biz Şimali Koreyanı danışıqlara cəlb etmək və daha səmərəli mövqe tutmaq üçün səylərimizi əsirgəmirik və bundan artıq heç nə edə bilmirik. Cənab Çeyni hazırda Şanxaydadır. O, Çinin işgüzar dairələrinin nümayəndələri ilə görüşüb.

XS
SM
MD
LG