Accessibility links

Prezident Buş və Baş Nazir Bleyer Ağ Evdə görüşüblər - 2004-04-16


Prezident Buş və Britaniya Baş Naziri Toni Bleyer BMT’nin İraqda yeni və demokratik hökumət yaradılması üçün göstərdiyi səylərə açıq dəstək vermişlər. Ağ Evdə mübirlərlə danışan cənab Buş deyib ki, BMT elçisi Lakhdar Brahimi İraq xalqı tərəfindən geniş şəkildə qəbul edilən və həmin ölkəni irəliyə doğru aparan bir yol müəyyən edib. Cənab Bleyer deyib ki, BMT İraqın demokratiyaya keçidini təmin edəcək mexanizmin yaradılmasında mərkəzi rol oynayacaq. Hər iki lider bəyan edib ki, İraqdakı suverenliyin müvəqqəti İraq hökumətinə 30 İyunda ötürülməsi planı cədvələ uyğun həyata keçiriləcək.

XS
SM
MD
LG