Accessibility links

ABŞ Suriyanın sərhədlərini daha möhkəm qorumağa çağırıb - 2004-04-17


Dövlət Departamenti bildirir ki, Birləşmiş Ştatlar Suriyanı İraqda üsyançıların koalisiya qüvvələrinə qarşı hücumlarının qarşısını almaq üçün İraqla sərhədini daha da möhkəndirməyə çağırırb. Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauelin Suriya prezidenti Bəşər Əl- Əssada mesaj göndərməsini Dövlət Departamenti təsdiq edib. Dövlət departramentinin sözçüsü Riçard Bauçerin dediyinə görə, Birləşmiş Ştatların səfiri Margaret Skobeyin Suriyanın xarici işlər naziri Faruq əl Şara çatdırdığı şifahi mesajda bildirirlir ki, İraq məsələsində Suriyanın beynəlxalq icma ilə əməkdaşlıq etməsi və bu sırada sərhədlərinə nəzarəti gücləndirməsi Suriyanın maraqlarına cavab verərdi. O deyib: “Bu müraciətdə Suriya sabit İraqın qurulması üçün beynəlxalq ictimaiyyətlə yaxından işləməyə dəvət olunur. Eləcə də, Suriya terrorçuların, İraq qiymaçılarına yardım edənlərin İraqa keçməsinin qarşısını almaq üçün sərhədlərini daha möhkəm qorumalıdır. Bu haqda biz əvvəllər də xəbərdarlıq etmişik və Suriya bu sahədə bəzi addımlar atıb. Lakin o, bacardığı qədər daha çox işlər görməlidir.” Birləşmiş Ştatlar ordusunun birləşmiş qərəgahlar rəisi, general Riçard Meyers bildirib ki, əcnəbi döyüşçülər Suriya və İrandan İraqa daxil olmaqda davam edirlər və bu vəziyyət qəbuledilməzdir. Təhlükəsizlik məsələləri barədə danışıqlar aparmaq məqsədi ilə Birləşmiş Ştatlar dövlət katibinin müavini Riçard Armitacın gələn həftə regiona və o cümlədən İraqla bəzi sərhəd dövlətlərə səfəri gözlənilir. Lakin rəsmilər bildirdirir ki, Armitacın Suriya və İrana səfəri planlaşdırılmır. Cənab Pauelin Suriyaya mesajı Buş administrasiyasının Dəməşqə qarşı qoyduğu iqtisadi sanksiyaların davam etdirilməsini nəzərdən keçirdiyi bir vaxta təsadüf edir. Bu sanksiyalar keçən ilin noyabrında Birləşmiş Ştatlar konqresi tərəfindən böyük səs çoxluğu ilə gəbul edilmişdi. Konqresin qəbul etdiyi qanunvericilik aktına əsasən Suriya terrorçulara dəstəyini kəsmədiyi və Livanda Suriya hərbi qüvvələrinin mövcudluğu kimi məsələlərə yenidən baxmadığı təqdirdə Buş administrasiyasının daha kəskin sanksiyaları ilə üzləşəcək.

XS
SM
MD
LG