Accessibility links

Slovaklar özlərinə prezident seçiblər - 2004-04-18


Slovakiyanın seçiciləri parlamentin keçmiş sədri İvan Gasparoviçi yenidən prezident seçiblər. Seçki komisiyası Bratislavada bildirib ki, dünən keçirilən seçkilərdə cənab Gasparoviç səslərin təxminən 60 faizini əldə edib. O, Slovakiyanın Avropa Birliyinə üzv seçilməsindən bir neçə həftə sonra, prezident seçilib. Onun rəqibi keçmiş Baş Nazir və sərt xətt tərəfdarı Vladimir Meçiar səslərin 40 faizini qazanmışdır.

XS
SM
MD
LG