Accessibility links

Fələstinlilər qisas hücumuna keçib - 2004-04-19


Həmas lideri Əbdel Əziz Rantisinin qətlindən qəzəblənən fələstinlilər bü gün Gəzza zolağındakı yahudi yaşayış məntəqələrini top və raket atəşinə tutmuşlar. Fələstinlilər yaşayıış məntəqələqrinə qarşı iki əldəqayırma “Kassam” tipli raketdən istifadə etmişlər. Nəticədə bir nəfər sakin yaralanmışdır. Bu hücüm dünəndən etibarən raket, top və tankvuran raketlərlə həyata keçirilən altı hücümdan biridir. Bundan əlavə altı raket Gəzzadan İsrail ərazisinə atılmış və gərbdəki Negev regionuna düşmüşdür. Yaralılar barədə heç bir məlumat yoxdur. Gəzza zolağının cənub hissəsində bir silahlı fələstinli Guş Katifdə yerləşən yahudi yaşayışn məntəgəsinin girişində bir maşına atəş açmışdır. Hadisə on minlərlə fələstinlinin İsrail hərbi vertolyotunun hücumu nəticəsində gətlə yetirilən Hamas təşkilatının lideri Əbdel Aziz Əl-Rantisinin dəfn mərasimindən bir gün sonra baş vermişdir. Birləşmiş Ştatların Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısında yer alan Həmas qrupu qisas məqsədi ilə İsrailə qarşı 100 hücum həyata kecirəcəyinə and içib. Bu arada İsrail kabinetində baş naziri Ariyel Şaronun bütün yahudi yaşayış məntəgələri və goşunların Gəzza zolağından çıxarılması planına verilən dəstək artmaqdadır.

XS
SM
MD
LG