Accessibility links

General Dumbadze cəzalandırılacaq - 2004-04-20


Gürcüstan prezidenti Mixail Saakaşvili general Roman Dumbadzeni onu dövlət rəhbəri kimi tanımadığına görə cəzalandıracağına söz verib. Prezident deyib ki, general yalnız Acariya lideri Aslan Abaşidzenin göstərişlərinə tabe olacağını söyləməklə, Gürcüstana qarşı cinayət törətmişdir. Acariyanın briqada generalı Dumbadze bu bəyanatla dünən çıxış etmiş, başçılıq etdiyi qüvvələri qiyama çağırmışdı. Bu gün prezident Saakaşvili briqadanın 17 zabiti ilə görüş keçirmiş, onlara hökumətə sədaqət göstərdiklərinə görə təşəkkürünü bildirmişdir.

XS
SM
MD
LG