Accessibility links

Şimali Koreyada iki qatar toqquşub - 2004-04-22


Cənubi Koreya mətbuatı Şimali Koreyada alışan materiallar daşıyan iki qatarın toqquşması nəticəsində minlərlə adamın həlak ola bildiyi haqda xəbər verir. Şimali Koreya rəsmiləri Çin sərhəddinin 50 kilomterliyində yerləşən Ryonçonda qatarların toqquşması haqda xəbərləri hələlik təsdiq etməyiblər. Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi Pxenyanın fövqəladə vəziyyət elan etdiyini bildirir. Çinin informasiya mənbələri “Yonhap” agentliyinə qatar dayanacağı yaxınlığında güclü partlayışıın baş verdiyini bildiriblər. Partlayış Şimali Koreyanın lideri Kim Yonq İlin qatarının həmin ərazidən keçməsindən doqquz saat sonra baş verib.

XS
SM
MD
LG