Accessibility links

Pentaqon Amerika əsgərlərinin tabutlarının göstərilməsinə etiraz edir - 2004-04-23


Birləşmiş Ştatların Müdafiə nazirliyi İraqda həlak olmuş Amerika əsgərlərinin bayrağa bürünmüş tabutlarnın şəkillərinin göstərilməsinə tənqidi münsibətini bildirib. Pantaqon rəsmiləri həmin şəkillərin internetdə yerləşdirilməsinin düzgün olmadığını bəyan ediblər və bundan sonra şəkillərin açıqlanmayacağını bildiriblər. Yüzlərlə tabut şəkli informasiya azadlığı haqda akta uyğun olaraq məxfilik əleyhinə fəaliyyət göstərən fəal Rass Kirkə ötürülərək İnternetdə yerləşdirilib. Birləşmiş Ştatların bir çox qəzetləri həmin şəkilləri öz səhifələrində çap ediblər. Pentaqon bu kimi şəkillərin göstərilməsinə qadağanı əsgər ailələrinin şəxsi hüquqlarının təmin edilməsi və ölənlərin şərəf və ləyaqətinə ehtiram göstərilməsilə izah edir.

XS
SM
MD
LG