Accessibility links

Fəllucədə atəşkəs uzadılıb  - 2004-04-25


Amerika hərbi rəsmiləri Fəllucə şəhərində hökm sürən atəşkəsin müddətini uzatmışlar. Onlar Çərşənbə axşamından başlayaraq, şəhərdə Amerika dəniz desantçılarının və İraq polisinin birgə patrul edəcəklərini söyləyirlər. Bu barədə qərar Prezident Buş öz milli təhlükəsizlik və hərbi məsələlər üzrə müşavirləri ilə məsləhətləşdikdən sonra qəbul edilmişdir. Bu gün Bağdadda çıxış edən Amerikalı general Mark Kimmitt deyib ki, vasitəçilər silah təhvil-təslimini Çərşənbə axşamınadək uzatmaq haqda razılığa gəliblər. O, həmçinin xəbərdarlıq edib ki, əgər Fəllucədəki qiyamçılar son təklifləri qəbul etməsələr, onda Amerika qüvvələri başqa vasıtələrə əl atacaq.

XS
SM
MD
LG