Accessibility links

Alim Qasımov ABŞ-da İpək Yolu ansamblı ilə çıxış etdi - 2004-04-25


Qərb və Şərq görüşəndə nə baş verir? Dünyada dolaşan 24 qərib görüşsə nə olar? Bu suala dünya şöhrəti qazanmış violençel çalan Yo-Yo Ma cavab verməyə çalışıb. Onun yaratdığı İrək Yolu qrupuna dünyanın ən tanınmış musiqi ustaları daxildir. Musiqiçilər dünya xalqlarının musiqisini ifa edir. Sənət ustalarının özləri isə İpək Yolu üzərində yerləşən müxtəlif ölkələrdəndirlər. Yo-Yo Manın ansamblında çıxış edən ustad sənətkar Alim Qasımov bu günlər İpək Yolu ansamblı ilə Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhərlərində konsertlərlə çıxış edib. Vaşinqtonda müğənninin özü ilə qısa görüşdə o, bu turun xüsusiyyətlərindən danışdı.

Yo-Yo Manın İpək Yolu ansamblı Azərbaycanlı bəstəkarların da musiqisini ifa edir. Bu bəstəkarlardan biri Firəngiz Əlizadədir. Firəngiz Əlizadənin Dərviş və Habilsaysağı əsərləri qrup tərəfindən ifa olunmuş, dünya şöhrəti tapmışdır. Habilsayağı kompozisiyası sənətkar, kamançaçı Habil Əliyevə həsr olunmuşdur. Əsas musiqi partiyasını violençeldə Yo-Yo Manın özü ifa edir.

XS
SM
MD
LG