Accessibility links

Amerikada abort müdafiəçilərinin nümayişi keçirilib - 2004-04-25


Amerikanın və dünyanın bir çox guşələrindən gələn yüz minlərlə abort hüquqları fəalçısı bu gün Vaşinqtonda keçirilən Qadınların Həyatı Uğrunda Yürüşdə iştirak edirlər. Yürüşün təşkilatçıları abortun leqallaşdırılması və xarici klinikalarda abort xidmətlərinin federal hökumət tərəfindən maliyyələşdirilməsinə yönəlmiş tədbirdə 750 min nəfərin iştirak edəcəyini təxmin edirlər. İştirakçılar günorta Vaşnqton Meydanında ediləcək çıxışları dinləyəcəklər. Günün tədbirlərinə startı Senator Hilari Rodham Klintonun nümayişdən öncə keçirilmiş səhər yeməyi zamanı Buş administrasiyasının qadınlara ziyanlı siyasətlərinin qarşısın almaq çağırışı verib.

XS
SM
MD
LG