Accessibility links

Alim Qasımov ABŞ-da İpək Yolu ansamblı ilə çıxış etdi - 2004-04-25


Qərb və Şərq görüşəndə nə baş verir? Dünyada dolaşan 24 qərib görüşəndə nə olur? Bu suala dünya şöhrəi qazanmış violençel çalan Yo-Yo Ma cavab verməyə çalışıb. Bir neçə ildir onun yaratdığı İrək Yolu qrupuna dünyanın ən tanınmış musiqi ustaları daxildir. Musiqçilər dünya xalqlarının musiqisini ifa edir. Sənət ustalarının özləri isə İpək Yolu üzərində yerləşən müxtəlif ölkələrdəndirlər. Yo-Yo Manın ansamblında Azərbaycanlı musiqiçilər də var. Onların biri ustad sənətkar Alim Qasımovdur. Bu günlər Alim Qasımov İpək Yolu ansamblı ilə Amerika Birləşmiş Ştatlarının müxtəlif şəhərlərində konsertlərlə çıxış edib. Vaşinqtonda müğənninin özü ilə qısa görüşdə o, bu turun xüsusiyyətlərindən danışdı.

Yo-Yo Manın İpək Yolu Azərbaycanlı bəstəkarların da musiqisini ifa edir. Bu bəstəkarlardan biri Firəngiz Əlizadədir. Firəngiz Əlizadənin Dərviş və Habilsaysağı əsərləri qrup tərəfindən ifa olunmuş, dünya pöhrəti tapmışdır. Hbilsayağı kompozisiyası sənətkar, kamançaçı Habil Əliyevə həsr olunmuşdur. Əsas musiqi partiyasını violençeldə Yo-Yo Manın özü ifa edir.

XS
SM
MD
LG