Accessibility links

ABŞ Qatardan Əl-Cəzirə tele-kanalına təzyiq göstərməsini tələb edir - 2004-04-28


Birləşmiş Ştatlar Qatarda yerləşən Əl-Cəzirə televiziyasını təhrikçilik və İraqda vəziyyətin daha da təhlükəli olduğu barədə yanlış məlumatlar yaydığına görə kəskin tənqid etmişdir. Birləşmiş Ştatların baş katibi Kolin Pauel dünən bu məsələni Qatarın xarici işlər naziri Şeyx Həmad bin Yasim əl Thani ilə müzakirə etmişdir. Birləşmiş Ştatlar artıq çoxdandır ki, Əl-Cəzirə tele-kanalını Amerikaya qarşı hücum, hədə-qorxuları ilə çıxış edən Usəma Ben Laden və digər terroristlərin səs yazılarının redaktə olunmamış şəkildə yayımladığına görə tənqid edirdi. İndi isə Amerika ƏL-Cəzirənin yerləşdiyi Qatara təzyiqlər göstərərək, lazımi ölçülər götürməsini tələb edir. Birləşmiş Ştatların baş katibi Kolin Pauel müxbirlərlə görüşündə deyib ki, ƏL-Cəzirənin yaydığı belə xəbərlər Birləşmiş ştatlarla Qatar arasında olan münasibətlərə mənfi təsir göstərə bilər. O demişdir ki, Qatarın xarici işlər naziri ilə qızğın müzakirələrdə bu məsələ diqqət mərkəzində olmuşdur. Cənab Pouel Birləşmiş Ştatların narahatlıqları barədə ətrafli danışmasa da Dövlət Departamentinin nümayəndəsi Riçard Bauçer deyib ki, Birləşmiş Ştatların Bağdaddakı rəsmiləri Amerika ordusunun İraqdakı fəaliyyəti barədə yayılan təhrikedici xəbərləri bir-bir toplayır və sənədləşdirir. O dedi: “Bu, söz və mətbuat azadlığı deyil. Biz bütün dünyada, xüsusilə Ərəb dünyasında bu dəyərləri dəstəkləyirik. Lakin Əl-Cəzirənin məlumatları dərin narahatlıq doğurur. Ona görə ki, biz dəfələrlə səhv, yanlış təhrikedici xəbərlər eşitmişik. Bu, amerikalılar, iraqlılar, ərəblər və İraqla əlaqəsi olan başqa insanlara qarşı böyük təhlükə yaradır.” Cənab Bauçer buna misal olaraq Əl-Cəzirənin aprel ayının 9-da yayımladğı Birləşmiş Ştatlar ordusunun Falluca və Nəcəf şəhərlərinə claster bombası atması nəticəsində uşaqların parça-parça olması xəbərinin tamamilə yalan olduğunu bildirdi. Birləşmiş Ştatlar tərəfindən tənqidlərə məruz qalan ƏL-Cəzirə və Əl-Ərəbiyyə televiziyaları İraqla bağlı verdikləri xəbərlərə görə geniş tamaşaçı auditoriyasına malikdirlər. Auditoriyının genişliyini nəzərə alaraq, Cənab Pouel da daxil edilməklə Birləşmiş ştatlar rəsmiləri həmin telekanallara müsahibə vermişlər.

XS
SM
MD
LG