Accessibility links

Laxdar Brahimi: İraqdakı qarşıdurma böyük qanlı konfrantasiyaya gətirə bilər - 2004-04-28


BMT-nin xüsüsi nümayəndəsi Laxdar Brahimi xəbərdarlıq edib ki, İraqın Fəllüca şəhərində döyüşlərin qızışması İraqın yeni müvəqqəti hökumətinin yaradılması cəhdlərinə zərbə vura bilər. BMT-nin təhlükəsizlik şurası qarşısında çıxış edən Brahimi bildirib ki, Fallucada ABŞ qüvvələri və üsyançılar arasında davam edən qarşıdurma böyük qanlı konfrantasiyaya gətirib çıxara bilər. Onun sözlərinə görə belə bir qantökmənin dramatik və uzunmüddətli təsirləri ola bilər. Bununla yanaşı o qeyd edib ki, İraqın yeni hökümətinin iyunun 30-na kimi formalaşdırılması nail oluna biləcək bir məsələdir. O bildirirb ki, yeni hökümət iraqlılar tərəfindən seçilməli, məhdud səlahiyyətə malik olmalı və 2005-ci ilin yanvar seçkilərinə qədər fəalliyyət göstərməlidir.

XS
SM
MD
LG