Accessibility links

Məhəmməd Əl Baradeyinin İsrailə səfəri gözlənilir - 2004-04-28


BMT-nin Nüvə Agentliyi elan edib ki, bu qurumun başçısı yaxın aylarda İsrailə səfər edəcək. Beynəlxalq Atom Enerjisi Agentliyinin mətbuat sozçüsü Məhəmməd Əl-Baradeyinin İsrailə nə vaxt səfər edəcəyini açıqlamayıb. Lkain o əlavə edib ki, səfərin əsas məqsədi Yaxın Şərqdə nüvə silahlarından azad zonanın təsis edilməsi ilə bağlıdır. İsrail nüvə silahlarına malik olub-olmadığını nə təsdiq, nə də təkzib edir. İsrail nüvə silahlarının yayılmaması barədə sazişə də qoşulmayıb. Keçən ay İsrail Britaniya qəzetinə İsrailin məxfi nüvə reaktorunun fotolarını və detallarını sızdıran 18 illik həbs cəzasını başa vurmuş keçmiş nüvə mühəndisini həbsxanadan azad edib.

XS
SM
MD
LG