Accessibility links

Prezident Buş və vitse-prezident Çeyni sentyabrın 11-i komissiyası ilə görüşdülər  - 2004-04-29


Prezident Buş və vitse-prezident Dik Çeyni sentyabrın 11-i terror hücumlarını araşdıran komissiyanın üzvlərilə Ağ Evdə bağlı qapılar arxasında görüş keçiriblər. Komissiyanın 10 üzvü əvvəlcədən qərarlaşdığı kimi vaxt məhdudiyyətinin qoyulmadığı görüşdə prezident və vitse-prezidentə suallar veriblər. Corc Buş və Dik Çeyniyə ünvanlanmış sualların əsas hissəsi Buş administrasiyasının üç mindən çox insanın ölümülə nəticələnmiş fəlakətin qarşısının alınması üçün daha çox iş görə bilib-bilməməsilə əlaqədar olub. Prezident Buşun Ağ Evdəki vəkili Alberto Qonsales da görüşdə iştirak edir. Ağ Evin bildirdiyinə görə, ABŞ prezidenti komissiya üzvlərilə görüşməzdən əvvəl kəşfiyyat sənədlərini nəzərdən keçirib və Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Kondoliza Raysla məsləhətləşmələr aparıb.

XS
SM
MD
LG