Accessibility links

Avropa Birliyi Kiprin şimalına yardımı artırır - 2004-04-29


Kiprin şimal hissəsinin zəif iqtisadiyyatını dirçəltmək səyləri çərçivəsində Avropa Birliyi adanın türklərin nəzarəti altında olan şimal və yunanların nəzarəti altında olan cənub hissələri arasında məhsulların nəqlinə qoyulmuş məhdudiyyətləri azaltmaq haqda planı təsdiq edib. Birliyin ədliyyə və daxili işlər nazirlərinin təsdiq etdiyi plan Kipr türklərinin Avropa Birliyinə daha çox məhsul ixrac etməsinə imkan yaratmaq məqsədilə hazırlanmışdır. Qurumun rəsmiləri bununla yanaşı, Kipr türklərinə 300 milyon dollar məbləğində yardım ayrılması haqda qərarı da təsdiq ediblər.

XS
SM
MD
LG