Accessibility links

Səudiyyə Ərəbistanında xarici vətəndaşlar qətlə yetirilib - 2004-05-01


Səudiyyə Ərəbistanının şimal-qərbində bir nəfər silahlı şəxsin iki amerika, iki britaniya və bir avstraliya vətəndaşını qətlə yetirdiyi bildirilir. Bu qətllər barədə məlumatı Səudiyyə Krallığındakı diplomatlar və ABB-Lammus enerji şirkətinin nümayəndəsi verib. Qətlə yetirilənlərdən dördünün adı çəkilən şirkətdə çalışdığı xəbər verilir. Şirkətin nümayəndəsi bildirib ki, bu gün Qırmızı Dənizin sahilində yerləşən Yanbu limanındakı neft gurğusunda çalışanlar üzərinə hücüm zamanı daha iki amerikalı yaralanmişdır. Polis qatilləri şəhərdə təqib edən zaman atişma baş vermiş və nəticədə üç nəfər silahlı şəxs qətlə yetirilmiş, bir nəfər isə yaxalanmışdır. Son il ərzində Səudiyyə Ərəbistanı İslamçı terroristlərə garşı ciddi mübarizə aparır.

XS
SM
MD
LG