Accessibility links

Prezident Buş İraqdakı dustaqlara işgəncə verilməsini pisləyib - 2004-05-01


Prezident Buş ABŞ əsgərlərinin İraqdakı dustaglara işkəncə vermələrini pisləyərək və bu cür davranişdan hiddətləndiyini bildirmişdir. Kanadanın baş naziri Pol Martinlə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında İraq dustaqlarına qarşı amerikalı əsgərlərin qeyri normal davranışını pisləyən prezident Buş demişdir: “Mən dustaglara qarşı baş vermiş qeyri normal davranışa olan nifrət hissini tamamilə bölüşürəm. Biz Amerikada bu cür hərəkət etmirik və buna görə də mən bunu heç cür gəbul etmirəm.” Prezident deyib ki, bu kimi əməlləri törətmiş ABŞ əsgərləri İraqa göndərilən kişi və qadınların xarakterlərini əks etdirmir. Təhqirləri əks etdirən fotoşəkillər mətbuatda çap olunub və televiziya vasitəsi ilə bütün dünyaya yayılıb. Adı çəkilən təhqirlər İraqın keçmiş rəhbəri Səddam Hüseynin zamanında məşhur olan, Bağdadın yaxınlığında yerləşən Əbu Graib həbsxanasında baş vermişdir. Hərbçilər təhqirlərə cəlb olunmuş altı ABŞ əsgəri barədə istintaqa başlamışlar. Hərbi nümayəndələrin məlumatına qörə başqa əsgərlər barədə belə istintaqların başlanması qözlənilir. Pentaqon yüksək rütbəli zabiti həbsxana rəhbərliyindən uzaqlaşdırmışdır.

XS
SM
MD
LG