Accessibility links

Prezident Buş radio müraciətində İraq qərarını müdafiə edib - 2004-05-01


Prezident Buş İraqda irimiqyaslı hərbi əməliyyatların sona yetdiyini elan etməsindən bir il sonra İraqın azad edilməsi haqda qərarı müdafiə etmişdir. Amma Demokrat partiyasının müharibə veteranı olan nümayəndəsi Prezident Buşun dediklərini şübhə altına almışdır. Prezident Buş özünün radio vasitəsilə həftəlik müraciətində bildirmişdir ki, Amerikanın rəhbərliti altında fəaliyyət göstərən koalisiyanın güclü olması İraqda demokratiyanın bərqərar olmasını təmin edəcək. O, deyib ki, hazırda insanlar üçün İraqdakı həyat Səddam rejiminin qəddarlığı və korrupsiyası ilə müaqyisədə qat-qat yaxşıdır. Amma Demokrat partiyasının yaydığı cavab çıxışında Milli Qvardiya leytenantı Pol Rikhoff Buş administrasiyasını İraq müharibəsini və həmin ölkənin müharibədən sonrakı nəzarətini əməlli planlaşdırmamaqda günahlandırıb.

XS
SM
MD
LG