Accessibility links

Avropa Birliyinin genişlənməsinə dair Amerika mətbuat icmalı - 2004-05-01


Atəşfəşanlıq və konsertlərlə müşaiyət olunan mərasimlə, milyonlara Avroplaı bu gün səhər 10 yeni ölkənin Avropa İttifaqına daxil olmasını qeyd ediblər. Bir çoxları bu hadisəni kontinentin Soyuq Müharibə zamanı baş vermiş parçalanmasının simvolik sonluğu kimi qiymətləndirirlər.

Vaşinqton Postun müxbiri Keith Richburqun verdiyi xəbərə görə, Çex Respublikasının paytaxtı olan Praqada şənlik edənlər vaxtikən Kommunist diktaturasına qarşı nümayiş etdikləri Venseslas Maydanında verilən konsertə baxmağa gəlmişdilər. Keçmiş Sovet resşublikazı olan Litvada isə, əhali gecə yarısı bütün elektrik işıqlarını yandırmaqla və tonqal qalamaqla sözün əsl mənasında parlaqlıqda bütün başqa Avropa Birliyi ölkələrini ötməyə cəhd göstəriblər. Onlar ümid edirdilər ki, onların təşkil etdikləri əməliyyat kosmosdan müşahidə oluna bilər. Qonşuluqdakı Estonlar isə Avropa İttifaqına daxil olmalarını 1 milyon ağac əkməklə qeyd ediblər. “Biz öz mənsub oldugumuz yerə qayıdırıq -- bizim dəyərlərimizi və gələcəyə baxışlarımızı bölüşən millətlər icmasına,” deyə Estoniya Baş Naziri Cuhan Parts bildirmişdir.

Richburqun yazdığına görə, genişlənmiş Avropa İttifaqı iqtisadi məhsuldarlıq baxımından Amerika Birləşmiş Ştatlarını geridə qoyan 450 milyon insan toplumunu özündə təmsil edəcək. Yeni üzv ölkələr qarşıdan gələn illərdə Avropanın ümumi pul vahidi olan Ekünü qəbul edəcəklərinə söz veriblər.

Lakin eyni zamanda birliyin genişlənməsi mənfəətlərlə bərabər özü ilə çətinliklər və risklər də gətirir. Həm köhnə həm də yeni üzv olan ölkələrdə insanlar öz iş rejimlərində qeyri stabilliyin yaranacağından bərk narahatdırlar. Sərhədlərin birdən birə açılnması və Avropa İttifaqının daxili iqtisadi münasibətlərini tənzimləyən qanunların mövcud olmaması proseslərin nəzarətdən çıxması ilə nəticələnə bilər.

Artıq yenigələnər özlərinin ittifaqda ikinci dərəcəli vətəndaşa çevrilməkdən ehtiyat edirlər. Xatırlatmaq gərəkdir ki, şərqdən olan işçilərə birliyin başqa guşələrində sərbəst işləmə və yaşama hüququ verilmir.

Birliyin köhnə və yeni üzvləri arasındakı iqtisadi və sosial qeyri bərabərliklər böyükdür. Yeni daxil olan ölkələrin vətəndaşları köhnələrinkindən qat-qat kasıbdır. Onların iqtisadi məhsuldarlığının cəmi təkcə köhnə üzv olan Hollandiyanın məhsuldarlığından geridə qalır. Statistik baxımdan Macar, Çex və ya Slovak birliyin köhnə üzvlərinin vətəndaşları ilə müqayisədə daha çox siqaret cəkməyə və alkohol içməyə meyllidir. Bununla da Şərqi Avroplıların, Fransız ya İtaliyalı ilə müqayisədə ağ ciyər xərçəngindən ya başqa azardan daha tez ölməsi təxmin edilir.

Mütəxəssislərin fikrincə, bu qeyri bərabərlikləri aradan götürmək və yaşayış standartlarını qaldırmaq ehtiyacı güman ki, Avropa Birliyi rəhbərlərini ümumi xarici siyasətdən daha çox daxili iqtisadi siyasətə diqqət yetirməyə məcbur edəcək.

Sarah Lyallın Nyu York Taymz’dakı məqaləsi Avropalı mənsubiyyəti fenomenini təhlil edərkən yenicə qəbul edilmiş üzv ölkələrin vətəndaşlarınınm fikirlərini oxcuların diqqətinə çatdırır. Avropanın yeni biznesmen nəsilinə daxil olan Çex Pyotr Aizler ümumən Avropada özünü evdəki kimi hiss edir. Amma hərdən onu Avropanın Qərbində özünə göstərilən münasibət məyus edir. “Hər dəfə Londona gələndə məndən nə müddət qalacağımı, kifayət qədər pulumun olub olmamasını soruşurlar”, deyə Ayzler şıkayət edir.

Bir çox Avropalılar öz mənsubiyyətlərini konkret xarakterizə etməkdə çətinlik çəkinirlər, lakin bircə onu bilirlər ki, onları Avropalı edən Amerikalılarla olan fərqdir.

“Bütün mənsubiyyətlər kimi, başqalarına zidd olaraq öz kimliyini müəyyənləşdirmək yeni mənsubiyyət yaratmağın ən asan yoludur” deyə Paraqadakı Çarlz universitetinin tələbəsi Adam Pulchart qeyd edir. “Avropalı kimi mənim özümçün yaratdığım mənsubiyyət Birləşmiş Ştatlara qarşıdır. Bu mənsubiyyətin əsasında dünyada baş verən bütün hadisələrə öz milli maraqları çərçivəsindən yanaşan yeni imperialist superdövlət kimi tanınmış Amerika imicinə qarşı olan mövqe dayanır.”

Xüsusilə də Buş dövründə ayaq açmış Amerika vətənpərvərliyi bir çox Avroplalılara Sovet dönəmində Rusların davranışını xatırladır. Bununla belə, müəllifin fikrincə Avropalı məsubiyyətinin Amerika ilə münasibətdə formalaşması Qərbi və Şərqi Avroplalılar arasinda mövcud olan ciddi fərqləri heç də asanlıqla aradan qaldırmır. Ona görə də gözləmək olar ki, qarşıdan gələn illərdə Avropa Birliyinin köhnə və yeni üzvlərinin başları inteqrasiya yolunda meydana çıxan problemlərin həllinə qarışacaq.

XS
SM
MD
LG