Accessibility links

Roma Papası AB-ni Xristianlığa hörmət bəsləməyə çağırır - 2004-05-02


Roma papası Yohann Pol Avropa Birliyinin 10 yeni üzvünü təbrik etmiş və Xristian dininin Birliyin yeni konstitutsiyasında qeyd olunmasına səsləmişdir. Bu gün özünün həftəlik Muqəddəs Piter Meydanında verdiyi müraciətdə ali ruhani söyləmişdir ki, Xristian dininin əks olunmadığı Avropa mənsubiyyəti anlaşılan deyil. Lakin müşahidəçilərin fikrincə onun çağırışına səs verən olmayacaq, çünki bela bir addım Birliyə daxil olan dünyəvi dövlətlərin və qeyri-Xristian çoxluğa malik olan ölkələrin heysiyyatına toxuna bilər. Xatırladaq ki, Şənbə günü Avropa Birliyi özünə 10 yeni üzv qəbul etmişdir.

XS
SM
MD
LG