Accessibility links

Xaricilər terror qorxusundan Səudiyyə Ərəbistanını tərk edirlər  - 2004-05-02


Səudiyyə Ərəbistanın Yanbo liman şəhərində silahlı şəxslər dünən bir səudiyyəli və beş xarici işçini qətlə yetirdikdən sonra İsveçin A-B-B- neft şirkətindəki işçiləri Səudiyyə Ərəbistanını tərk edirlər. Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bildirir ki, dörd hücumcunun üçü A-B-B neft şirkətinin işçisi idi. Onlar işçilərə atəş açmamışdan qabaq vəsiqələrini nəzarətçiyə göstərərək şirkətə daxil olmuşlar. Səudiyyə mətbuatı da yazıb ki, silahlı şəxslər hadisə yerindən qaçmağa çalışdıqları vaxtqətlə yetirdiklərinin birinin cəsədini maşınlarına aparmaq istəyəndə polis atəşlə onları öldürmüşdü. Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanında olan vətəndaşlarını təcili olaraq ölkəni tərk etməyə çağırıb.

XS
SM
MD
LG