Accessibility links

Amerikada Prezidentliyə Namizədlərin Seçki Kampaniyası Haqda Mətbuat İcmalı  - 2004-05-02


Ötən Aprel ayı Amerika xalqı üçün İraqdakı itkilərin ciddi artımı ilə fərqləndi. Bir çox mütəxəssislər belə güman edirdilər ki, Buş administrasiyasının İraqda üzləşdiyi çətinliklər seçki kampaniyasının gedişatına təsir göstərəcək. Amma ilkin sorğuların nəticələrinə görə əhalinin namizədlərə olan münasibətində ciddi fərq sezilmir. Ola bilərmi ki, bunun səbəbi prezident Buşun rəqibi Con Kerrinin səbatsız kampaniya aparması ilə bağlıdır?

Nyu York Taymz qəzetində Adam Nagourney Senator Kerrinin seçicilər arasında geniş rəğbət hissi yaratmaqda çətinlik çəkməsindən bəhs edərək yazır: Demokrat Partiyasının prezidenliyə namizədi kimi müəyyənləşməsinin üstündən iki ay keçməsinə baxmayaraq, Demokratlar etiraf edirlər ki, Ağ Ev hər addımbaşı Kerrinin kampaniyasının qabağlayır. Hərçənd ki, Demokratlar Kerrinin perspektivlərinin işıqlı olmasında ümidlidirlər, onları Massaçusetli Senatorun kampaniyasının süstlüyü və təbliğat sahəsindəki nailiyyətlərinin cüziliyi çox narahat edir. Con Kerri seçkilərdə Ohayo kimi həlledici xarakter daşıyan bir çox ştatlarda hələ də öz seçki təbliğat mərkəzlərini yaratmayıb. Bunun əksi olaraq, Corc Buş hələ Yanvarın 1-də arıq Ohayonun Kolumbus şəhərində oz seçki kampaniyasının ştat qərargahını yaradaraq həmin qərargahı 13 işçi ilə təchiz edib.

Bir çox Demokratların fikrincə Kerrinin ən böyük çətinliyi onun öz namizədliyini xarakterizə edən mövzu tapa bilməməsidir -- halbuki, bu, bir qayda olaraq prezidentliyə namizədin ən birinci görməli olduğu işdir. Namizədliyə marağlı olduğunu bəyan etidiyi vaxtdan bəri Con Kerri üst-üstə altı müxtəlif şüarla çıxış edib. Bundan fərqli olaraq, onun Republikaçı rəqibi Corc Buş özünə hələ seçkilərdən uzun müddət öncə şüar tapmışdır. Prezident Buş özünə müharibə dövrünün prezidenti kimi baxır, və Kerri üçün dəmdəməki imic formalaşdıraraq, özünü Senatorun fonunda dəyanətli bir dövlət adamı kimi qələmə verməyə çalışır.

Cənab Kerrinin öz müşavirləri bu narahatçılıqların şişirdildiyini və mövcud çatışmamazlıların aradan qaldırılması üçün kifayət qədər vaxtın olduğunu bildirirlər. “Seçkilərə hələ 6 ay qalır,” deyə kampaniya menecrinin müavini Steve Elmendorf bildirir. “Con Kerri hər gün ölkəni gəzir və xalqı öz fikirləri ilə tanış edir. Məsələlərə uzun müddətli prizmadan yanaşmaq lazımdır. Bu elə izdivac deyil ki, hər gün ya hər həftə udasan.” Demokrat Senator Cozef Bayden da eyni mövqeni bölüşür. Onun fikrincə Senator Kerri düşünüldüyündən daha yaxşı vəziyyətdədir və get-gedə güclənir.

Ümumiyyətlə Con Kerrinin kamşpaniyasınığn zəifliklərini təkcə onun taktiki gedişlərində axtarmaq düzgün olmazdı. Senator Kerrinin namizəd olduğu müddətda bir sıra vacib məsəslələrdə ortaya qoyduğu mövqe də namizədin reytinqinə ciddi təsir göstərib. Vaşinqton Post qəzetinin yazarı Robert Kaganın məqaləsində Kerrinin İraqla bağlı fikirləri sual altına qoyulur. Müəllif yazır: Con Kerri və onun məsləhətçiləri ötən həftələrdə Amerikanın İraqda demokratiya yaratmaq təşəbbüsünü “həddindən ziyadə qəhrəmanlıq” adlandıraraq, əvəzində Birləşmiş Ştatların həmin ölkədə stabllik yaratmasını məqsəd kimi önə çəkirlər. O vaxtdan bəri Kerri öz mövqeyində möhkəm dayanıb. “Amma əgər məqsəd demokratiya deyilsə ondan alternativlər nədir?” deyə yazar Kagan soruşur. Hətta əgər biz İraqda qeyri-demokratik rejim də qurmaq istəsək bunu necə həyata keçirmək olar? Elə bir xoşməramlı diktator tapmaq mümkündür ki, kifayət qədər legitimliyi olsun və Amerika qoşunlarının yardımı olmadan İraqı idarə edə bilsin? Vaxtikən sünnilərin çoxluq təşkil etdiyi İraq ordusunu yenidən bərpa etmək də ağlabatan deyil. Aydındır ki, belə olan halda Şiələr silahlı müqavimət göstərəcəklər. Ona biz neyləməliyik? İmkan verməliyik ki, yeni İraq diktatoru keçmişdə baş verdiyi kimi yüz minlərlə Şiəni qanına qəltan etsin? Həqiqət budur ki, əgər məqsəd stabillikdirsə, bunun özü də demokratiyanın qurulmasına sərf ediləcək miqdarda pul və qan tələb edəcək. İraqdakı hazır kursa alternativ stabliik deyil, həmin ölkəni öz dəhşətli taleyinə buraxıb tərk etməkdir ki, bu da, güman kiə xaos, vətəndaş müharibəsi, qəddar tiraniya, terrorizm ya bütün bunların qatışığından yaxşı heç nə vəd etmir.

XS
SM
MD
LG