Accessibility links

Acarıstanda nümayişlər keçirilir - 2004-05-04


Gürcüstanın muxtar Acarıstan respublikasında regional hökumətə qarşı etiraz nümayişçilərinə qarşı su şlaqları və dəyənəklərdən istifadə edilib. Xəbərlərdə bildirilir ki, Batumi nümayişləri zamanı yol verilən qarşıdurma iştirakçıların xəsarət alması ilə nəticələnib. 200 adamın iştirakı ilə keçirilən yürüş zamanı Acarıstan lideri Aslan Abaşidzenin istefasına çağırılıb. Səlahiyyətli nümayəndələr fövqəladə vəziyyət elan edilən respublikada yürüşün qeyri-qanuni şəkildə keçirildiyini deyirlər.

XS
SM
MD
LG