Accessibility links

Ağacəri yenidən ölüm cəzasına məhkum edildi - 2004-05-04


Həmədan vilayətinin məhkəməsi həbsdə olan dissident Haşim Ağacərini ikinci dəfə edam cəzasına məhkum edib. Məhkəmə ilk dəfə professor Ağacərini 2002-ci ildə İranın ali ruhani rəhbərinin rolunu sual atına almaqda ittiham edərək, edam cəzasına məhkum etmişdi. O vaxt Ali Məhkəmə bu hökmü rədd edərək, müttəhimin işinə ikinci dəfə baxılmasına sərəncam vermişdi. Professor Ağacərinin vəkili məhkəmənin hökmü ilə bağlı apellyasiya məhkəməsinə müraciət etməmək haqqında xəbərdarlıq aldığını bildirir.

XS
SM
MD
LG