Accessibility links

Keçmiş amerikalı girov tezliklə vətəninə qayıdacaq - 2004-05-05


Amerikalı keçmiş girov Tomas Hamili ABŞ-ın Almaniyadakı hərbi hospitalında həyat yoldaşı ilə görüşüb. Hospital rəsmilərinin dediyinə görə, cənab Hamilin arvadı ilə görüşməsi olduqca emosional olub. Onların sözlərinə görə, o özü ilə Tomas Hamilinin kavboy çəkmələrini, cinsini, köynəyini gətirib. Cənab Hamili öz açıqlamasında bildirib ki, Misissipi ştatında yerləşən doğma şəhərinə qayıdıb vaxtını öz ailəsinə sərf etmək niyyətindədir. ABŞ hərbi rəsmiləri cənab Hamilinin səhhətinin yaxşı olduğunu bildirib.

XS
SM
MD
LG