Accessibility links

Nəcəfdə ABŞ hərbi qüvvələri və şiə yaraqlılar arasında toqquşma baş verib - 2004-05-06


Amerika əsgərlərilə radikal şiə ruhanisi Müqtədə Əl-Sədrin tərəfdarları arasında bir ay sürən döyüşlərdən sonra ilk dəfə olaraq, Amerika tankları Nəcəf şəhərinə daxil olub. Şəhərin şərqində də Amerika əsgərlərilə Əl-Sədrin tərəfdarları arasında şiddətli döyüşlər baş verib. ABŞ hərbi qüvvələriin rəsmiləri əməliyyat zamanı təxminən 40 yaraqlının qətlə yetirildiyini deyirlər. Əməliyyat Bağdadın mərkəzində maşına yerləşdirilmiş bomba partlayışının baş vediyi vaxta təsadüf edir. Hücum nəticəsində beş iraqlı və bir Amerika əsgəri həlak olub, azı 23 nəfər yaralanıb.

XS
SM
MD
LG