Accessibility links

V.Putin ikinci dövr prezidentliyinə and içib - 2004-05-07


Rusiya prezidenti Vladimir Putin ikinci dövr prezidentliyə and içərək, rus xalqının həyat şəraitinin yaxşılaşdırılacağına vəd vermişdir. Bu gün inaqurasiya mərasimində cənab Putin 2008-ci ildə prezidentlik müddətinin başa çatmasınadək, Rusiyanın qüdrətli və sülhsevər bir ölkə səviyyəsinə çatdıravcağını bildirmişdir. 51 yaşlı prezident Rusiyanın bir şəxs və ya bir siyasi partiyadan asılılığının qeyri-mümkünlüyünü qeyd etmişdir. Xatırladaq ki, prezident Putin mart ayı seçkilərində səslərin 70 fazini əldə etməklə qələbə qazanmışdı.

XS
SM
MD
LG