Accessibility links

Amerikanın Müdafiə Naziri Senat qarşısında ifadə vermişdir - 2004-05-07


Bu gün Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeld Senat qarşısında ifadə verib. Müdafiə naziri İraqın Əbu Ğrayb həbsxanasında Amerika əsgərlərinin İraqlı srilərə göstərdiyi rəftar üçün məsuliyyəti öz üzərinə götürmüşdür. O, məhbuslara qarşı belə bir qəbuledilməz olduğunu söyləyərək üzr istəmişdir. Senatorlar tərəfindən kəskin suallarla üzləşən cənab Ramsfeld zərərçəkənlərə kompensasiya ödənilməsinə çalışacağını qeyd etmişdir. Xatırlatmaq gərəkdir ki, bundan əvvəl Prezident Buş Müdafiə Nazirini İraq məhbusları ilə rəftarla bağlı tənbeh etmişdi. Hadisənin ardınca bir neçə yüksək səviyyəli dövlət nümayəndəsi cənab Ramsfeldin istefasına səsləmişlər.

XS
SM
MD
LG