Accessibility links

Şiə ruhanisi Muqtada əl-Sədrin tərəfdarları Britaniya qüvvələri ilə toqquşmuşlar - 2004-05-08


Radikal şiə ruhanisi Müqtada Əl-Sədrə sadiq qüvvələr Bəsrə şəhərində Britaniya hərbi qüvvələrinin keşikçilərini və hökumət binalarını atəşə tutublar. Mehdi ordusunun tüfəng və qumbaralarla silahlanmış yüzlərlə yaraqlısı Britaniyanın Bəsrə şəhərindəki bir sıra keşikçi məntəqəsinə hücum edib. Britaniya hərbi qüvvələrinin nümayəndəsi deyir ki, atışmalarda üç Britaniya əsgəri yaralanıb və iki yaraqlı öldürülub. Britaniyanın komandanlığı Cənub Neft şirkətinin baş qərargahının yaxınlığındakı şəhərin mərkəzinə əlavə hərbi qüvvələr göndərib və Əl-Sədrin Bəsrədəki idarəsini mühasirəyə alıb. Cənab Əl-Sədrin yardımçısı Şeyx Səttar Bəhadli koalisuiya hərbi qüvvələrini qətlə yetirnələri ya da onları əsir edənləri pulla mükafatlandırılacağını bildirib. O həmçinin deyib ki, kim qadın əsgəri tutursa, onu qul kimi saxlamalıdır. Mehdi ordusu Nəcəf, Kərbəla və Bağdadın cənubuna nəzarət edir və bu son günlərdə koalisiyanın hərbi qüvvələri ilə vuruşmuşdur. Bu arada Bağdadda bir neçə yüz mötədil sünni və şiənin iştirakı ilə bir günlük konfrans təşkil edilmişdir. Konfransın işində İdarəetmə şuranın üzvləri iştiraük etməmişlər. Konferansın iştirakçıları İraqın işğalına son qoyulması haqqındakı təklifi müzakirə edirlər.

XS
SM
MD
LG