Accessibility links

Pakistanda Şiələr etiraz edir - 2004-05-08


Bu gün Pakistanın Karaçi şəhərində zorakılıqla müşaiyət olunan protest aktları davam edib. Bir nəfərin ölümü ilə nəticələnmiş protestlər, azlıqda olan Şiə məscidinin kamikaze tərəfindən bombalanması nəticəsində həlak olmuş 14 Şiənin dəfni zamanı baş verib. Şahidlərin dediynə görə qəzəbli nümayişçilər ən azı iki maşını yandırmış, yolları bağlamış və şəhərin Şiələrlə məskunlaşmış hissəsində polis postuna hücum etmişlər. Polis nümayişi dağıtmaqdan ötrü gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə etmişdir. İranın rəsmi informasiya agentliyi İRNA-nın veridiyi məlumata görə İranın Xarici İşlər Nazirinin nümayəndəsi ölənlərin yaxınlarına başsağlığı vermiş və İslam təriqətlərini birliyə çağırmışdır.

XS
SM
MD
LG