Accessibility links

İraq məhbuslarına qarşı zorakılıqlarla bağl hərbi tirbunalda ilk işə baxılacaq - 2004-05-09


ABŞ hərbi qüvvələri Bağdadın Əbu Ğreyb həbsxanasında məhbuslara qarşı zorakılığa yol verməkdə ittiham olan mühafizəçiyə qarşı hərbi tribunalda ilk işin açılamsına qərar veriblər. Kiçik serjant Ceremi Sivits mayın 19-da başlanacaq məhkəmə prosesində saxlanılanlarla pis rəftar və onları zorakılıqdan müdafiə etməmək ittihamları ilə qarşılaşacaq. Həbsxananın daha altı mühafizəçisi İraq məhbuslarına qarşı zorakılıq ittihamı ilə qarşlaşacaq. “Vaşinqton Post” qəzetinin yazdığına görə, ABŞ müdafiə nazirliyinin rəsmiləri Kubadakı Qunatanamo hərbi bazasının saxlama obyektində sorğu prosesində psixoloji təzyiq üsullarından istifadə metodlarının tətbiq edilməsini keçən il təsdiq etmişlər. Qəzetin bildirdyinə görə, həmin metodların Əbu Ğreybdə tətbiq edilib-edilməyi hələlik məlum deyil.

XS
SM
MD
LG